İran qaz ixracını artırmaq niyyətindədir

İran qaz ixracını artırmaq niyyətindədir Rəsmi Tehran Hindistan, Çin və Avropa ölkələrinə də qaz nəqlində maraqlıdır
Energetika
6 May , 2016 19:21
İran qaz ixracını artırmaq niyyətindədir

Bakı. 6 may. REPORT.AZ/ İran Milli Qaz Şirkəti (NİGC) yaxın illərdə 15 ölkəyə gündəlik qaz ixracını 350 mln. kubmetrə çatdırmaq niyyətindədir. 

"Report" İranın "Şana" agentliyinə istinadən xəbər verir ki, bunu şirkətin Beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani bildirib.

O qeyd edib ki, İran 2021-ci ilə qədər qaz hasilatının həcmini təxminən iki dəfə artırmağı planlaşdırır. 

Şirkət rəsmisi İranın Azərbaycan, Türkiyə, Türkmənistan, Ermənistan və Pakistanla qaz ixracı və idxalı üzrə sazişləri olduğunu xatırladıb: "Bundan başqa, Əfqanıstan, Oman, Küveyt və Fars körfəzinin digər kiçik ölkələri ilə qaz ixracı barədə danışıqlar davam etdirilir. İran həmçinin Hindistan, Çin və Avropa ölkələrinə boru kəmərləri ilə və yaxud LNG formasında qaz nəqlində maraqlıdır".

Son xəbərlər

Orphus sistemi