​İran prezidentinin müavini: "Gündəlik neft ixracatını 1,5 milyon barelə çatdıracağıq"

​İran prezidentinin müavini: "Gündəlik neft ixracatını 1,5 milyon barelə çatdıracağıq" İshaq Cahangiri deyib ki, bu ilin yazından ixracat 2 milyon barel olacaq
Energetika
13 Fevral , 2016 17:52
​İran prezidentinin müavini: Gündəlik neft ixracatını 1,5 milyon barelə çatdıracağıq

Bakı. 13 fevral. REPORT.AZ/ İran bu ilin mart ayında sutkada 1,5 milyon barel neft ixrac edəcək.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran prezidentinin müavini İshaq Cahangiri bildirib.

"Hazırda biz gündə 1,3 milyon barel neft ixrac edirik. Ancaq martda bu rəqəm 1,5 milyon barel olacaq", - o, vurğulayıb.

İshaq Cahangiri onu da qeyd edib ki, cari ilin martından sonra gündəlik karbohidrogen ixracatını 2 milyon barelə çatdıracaqlar. 

Son xəbərlər

Orphus sistemi