​İran prezidenti: "Neft ixracı tezliklə sanksiyadan əvvəlki həddə çatdırılacaq"

​İran prezidenti: "Neft ixracı tezliklə sanksiyadan əvvəlki həddə çatdırılacaq" Həsən Ruhani yeni seçilmiş parlament deputatları qarşısında çıxış edib
Energetika
8 May , 2016 11:18
​İran prezidenti: Neft ixracı tezliklə sanksiyadan əvvəlki həddə çatdırılacaq

Bakı. 8 may. REPORT.AZ/ İran neftinin ixracı yaxın vaxtlarda sanksiyalara qədərki dövrdə olan səviyyəyə çatdırılacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani yeni seçilmiş parlament deputatlarının iştirakı ilə keçirilən konfransda deyib.

"Neft ixracı artıq yaxın vaxtlarda sanksiyalara qədərki dövrdə olan səviyyəyə bərabər olacaq, həmçinin beynəlxalq banklararası hesablamalar problemi də qismən öz həllini tapacaq", — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi