​İran neft hasilatını iki illik maksimuma çatdırıb

​İran neft hasilatını iki illik maksimuma çatdırıb "Sberbank": Dohada müsbət qərar qəbul olunmasa, neftin qiyməti 35 dollar/barelə düşəcək
Energetika
13 Aprel , 2016 14:31
​İran neft hasilatını iki illik maksimuma çatdırıb

Bakı. 13 aprel. REPORT.AZ/ Mart ayında İranda neft hasilatının həcmi fevral ayı ilə müqayisədə 139 min barel/gün və ya 4,4% artaraq 3 291 min barelə çatıb. "Report"un OPEC təşkilatının hesabatına istinadən verdiyi xəbərə görə, bu, son iki ilin ən yüksək göstəricisidir. Qeyd edək ki, yanvar ayında İranın gündəlik neft hasilatı 2 944 min barel olub. Beləliklə, İran iki ayda neft hasilatını 347 min barel/gün və ya 11,8% artırıb.

Qeyd edək ki, İran rəsmilərinin məlumatına görə, İran bazar günü Dohada keçiriləcək neft hasilatçısı ölkələrinin sammitində iştirak etməyəcək. Görüşdən əvvəl İran tərəfi neft hasilatını sanksiyalardan əvvəlki səviyyəyə - gündəlik 4 mln. barelə çatdırdıqdan sonra hasilatın dondurulması ilə bağlı diskussiyalara başlaya biləcəyini bildirib. Bu da görüşdə müsbət nəticənin əldə olunması ehtimallarını azaldıb. Ekspertlər Doha görüşünün mənfi nəticələnməsi ehtimalının 20% olduğunu bildiriblər. Rusiya "Sberbank"ından verilən məlumata əsasən, sammitdə müsbət qərar qəbul olunmasa, neft qiymətləri 35 dollar/barelə düşə, dolların məzənnəsi isə 75 RUB/USD-yə qədər arta bilər.

Son xəbərlər

Orphus sistemi