İran Avropa istehlakçılarına neftin qiymətində 7 dollar endirim təklif edib

İran Avropa istehlakçılarına neftin qiymətində 7 dollar endirim təklif edib Bu, Səudiyyə Ərəbistanının endirim təklifindən təxminən iki dəfə çoxdur
Energetika
20 Yanvar , 2016 14:44
İran Avropa istehlakçılarına neftin qiymətində 7 dollar endirim təklif edib

Bakı. 20 yanvar. REPORT.AZ/ İran Avropa ölkələrinə neftin bir barelinin qiymətində 6,55 ABŞ dolları məbləğində endirim etməyə hazır olduğunu bildirib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda İran Milli Neft Şirkəti açıqlama yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı hazırda Avropa ölkələrinə nefti 4,85 dollar endirimlə satır.

Mütəxəssislər bildiriblər ki, bu yolla İran Avropanın neft bazarından Səudiyyə Ərəbistanını sıxışdırmaq niyyətindədir. Onların qənaətincə, əgər neftin qiyməti indikindən baha olsa idi, o zaman İran daha çox endirim edərdi. Analitiklərin fikrincə, İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında rəqabət Neft Hasil edən Dövlətlərin Təşkilatının (OPEC) vahid qiymət strategiyası haqda qərarına mənfi təsir göstərəcək.

Son xəbərlər

Orphus sistemi