​İndoneziya Azərbaycanın neftin emalı və kəşfiyyatı sahəsindəki təcrübəsindən bəhrələnmək istəyir

​İndoneziya Azərbaycanın neftin emalı və kəşfiyyatı sahəsindəki təcrübəsindən bəhrələnmək istəyir İndoneziya nümayəndə heyəti Azərbaycan Energetika Nazirliyində olub
Energetika
21 Sentyabr , 2015 16:49
​İndoneziya Azərbaycanın neftin emalı və kəşfiyyatı sahəsindəki təcrübəsindən bəhrələnmək istəyir

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyində İndoneziya Energetika və Mineral Ehtiyatlar Nazirliyinin neft və qaz üzrə baş direktoru Qusti Nyoman Viratmaca Pucanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

"Report" nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın energetika naziri Natiq Əliyev iki ölkə arasındakı münasibətlərin inkişafından, belə görüşlərin əməkdaşlıq əlaqələrinin dərinləşməsindəki rolundan bəhs edib.

Hələ 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışan nazir bildirib ki, Azərbaycanın yeni mərhələdə enerji məsələləri ilə bağlı üzərinə götürdüyü missiya ölkəni neft-qaz hasilatçısı, ixracatçısı kimi ənənəvi çərçivələrdən kənara çıxartmaqla yanaşı, bütün dünayaya energetika sahəsində həm də zəngin təcrübəyə, peşəkar imkanlara malik etibarlı tərəfdaş kimi təqdim edir: "Neft emalı sahəsində zəngin təcrübə toplamış Azərbaycan üçün İndoneziya ilə enerji sahəsində əməkdaşlıq geniş perspektivlərə malikdir".

İndoneziya rəsmisi isə öz növbəsində Azərbaycanın neft emalı, kəşfiyyat işlərində böyük təcrübəsindən bəhrələnmək niyyətlərini ifadə edib. O, ölkəsinin gələn ay Enerji Forumunun keçirilməsi təklifi barədə məlumat verərək deyib ki, bu tədbir ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə, iş adamlarının yeni imkanlarla tanışlığına töhfə verəcək.

Görüşdə Azərbaycanın SOCAR və İndoneziyanın “Pertamina” dövlət neft şirkətləri arasında əməkdaşlıq münasibətlərinə də diqqət yönəlib.

Ötən il Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsinin həcminin 2 045,07 mln. dollar, o cümlədən idxalın 32,75 mln. dollar, ixracın 2 012,32 mln. dollar təşkil etdiyi, xarici ticarət saldosunun müsbət 1 979,57 mln. dollar olduğu diqqətə çatdırılıb.

Bu ilin yanvar-mart aylarında İndoneziyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payının 2,95%, o cümlədən idxalda 0,42%, ixracda 4,76% təşkil etdiyi bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi