Bu ilin 9 ayında 314 çoxmərtəbəli binaya təbii qaz verilib

Bu ilin 9 ayında 314 çoxmərtəbəli binaya təbii qaz verilib Həmin binalarda 5524 ailə yaşayır
Energetika
6 Oktyabr , 2015 12:17
Bu ilin 9 ayında 314 çoxmərtəbəli binaya təbii qaz verilib

Bakı. 6 oktyabr. REPORT.AZ/Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 314 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 5524 ailə yaşayır.

Qeyd olunub ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır. 

Son xəbərlər

Orphus sistemi