İki neft-qaz şirkəti birləşib

İki neft-qaz şirkəti birləşib "Royal Dutch Shell" və "BG Group"un birləşmə prosesi yekunlaşıb
Energetika
15 Fevral , 2016 16:46
İki neft-qaz şirkəti birləşib

Bakı. 15 fevral. REPORT.AZ/ "Royal Dutch Shell" (İngiltərə-Hollandiya) neft-qaz konserni və "BG Group" (Böyük Britaniya) neft-qaz şirkətinin birləşmə prosesi yekunlaşıb.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, analitiklərin hesablamalarına görə, yaradılan yeni şirkət neft-qaz bazarının ikinci böyük şirkəti olacaq.

"Bu gündən "BG Group" şirkəti "Royal Dutch Shell"in bir hissəsi olub. Bu, "Shell" üçün çox vacib andır. Biz Braziliya və Avstraliya da daxil olmaqla, dünyanın bir çox ölkəsində neft-qaz hasilatı layihələrini almışıq və daha sadə və iqtisadi effektli şirkət formalaşdıra biləcəyik. Birlikdə təcrübəmizi dərinsulu hasilata və maye qaza yönəldəcəyik", - deyə "Shell" şirkətinin rəhbəri Ben van Berden bildirib.

İngilis versiyası Shell joins with BG

Son xəbərlər

Orphus sistemi