İki magistral qaz kəmərində təmir aparılacaq

İki magistral qaz kəmərində təmir aparılacaq Bunun iki rayonun qaz təchizatına təsir göstərməsi mümkündür
Energetika
19 Noyabr , 2015 17:21
İki magistral qaz kəmərində təmir aparılacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ Noyabrın 20-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Göyçay-1” və Ağdam magistral qaz kəmərləri sahəsinin “Ağcabədi” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təmir işlərinin Göyçay və Ağcabədi rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi