İki magistal qaz kəməri sahəsində təmir aparılacaq

İki magistal qaz kəməri sahəsində təmir aparılacaq Təmir müddətində Göygöl rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
31 Mart , 2016 15:46
İki magistal qaz kəməri sahəsində təmir aparılacaq

Bakı. 31 mart. REPORT.AZ/ Aprelin 1-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” və “Şahağacı”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Hacıməlik” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Göygöl rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Astara rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi