İGB kəmərilə qaz nəql etmək üçün 9 şirkət müraciət edib

İGB kəmərilə qaz nəql etmək üçün 9 şirkət müraciət edib Şirkətlər ilkin maraq paylarını təqdim etmək üçün dəvət olunub
Energetika
6 May , 2016 09:40
İGB kəmərilə qaz nəql etmək üçün 9 şirkət müraciət edib

Bakı. 6 may. REPORT.AZ/ Yunanıstan-Bolqarıstan qaz kəməri layihəsi çərçivəsində qaz nəqlini həyata keçirməkdə maraqlı olan 9 şirkət Yunanıstanın DEPA dövlət şirkətinə müraciət edib. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, şirkətlər DEPA-ya Yunanıstandan Bolqarıstana ildə 4,3 mlrd. kubmetr, Bolqarıstandan Yunanıstana isə ildə 1 mlrd. kubmetr həcmində qazın nəqli üçün ilkin maraq paylarını təqdim etmək üçün dəvət olunub.

Qeyd edək ki, Bolqarıstan və Yunanıstan ötən il Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB qaz xətti) tikintisi üçün yekun investisiya sazişi imzalayıb. Bu layihə və Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstanı Cənubi Avropanın enerji mərkəzinə çevirəcəyi hesab edilir.

İGB kəmərini inşa edəcək birgə müəssisədə "Bulgarian Energy Holding" (BEH) dövlət şirkəti 50%, DEPA - 25%, "Edison" (İtaliya) şirkəti 25% paya malikdir. Kəmərin bu ilin oktyabr ayında inşasına başlanması gözlənilir.

Son xəbərlər

Orphus sistemi