​Hacıqabul magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

​Hacıqabul magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Bununla bağlı Şamaxı rayonunun bir sıra qəsəbə və kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
10 Avqust , 2015 16:33
​Hacıqabul magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 10 avqust. REPORT.AZ/ Avqustun 11-də saat 10:00-dan 18:00-dək Şamaxı rayonunun Çuxuryurd və Sabir qəsəbələri, eləcə də rayonun Çaylı, Həmyə, Əcəxuram, Məlhəm, Nəsimi, Nağaraxana, Y.Məmmədəliyev, Cabanı və Cabanı-2 kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Çuxuryurd” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında aparacağı cari təmir işləri ilə əlaqədar olacaq.

Son xəbərlər

Orphus sistemi