Bakı. 13 avqust. REPORT.AZ/ Avqustun 14-də saat 10:00-dan 18:00-dək İsmayıllı rayonunun Talıstan və Talış kəndləri, həmçinin İvanovka qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (
Məlumata görə, məhdudiyyət Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Talıstan” və “İvanovka” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədardır.
Aparılan işlərin İsmayıllı rayonunun bəzi hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.