Hacıqabul, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Hacıqabul, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində təmir aparılacaq Bir neçə ərazinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
26 İyul , 2016 17:54
Hacıqabul, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

Bakı. 26 iyul. REPORT.AZ/ İyulun 27-də saat 10:00-dan 18:00-a qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İsmayıllı”, “Kürdmaşı”, “İvanovka” və “Talıstan”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Dəhnəxəlil”, Astara magistral qaz kəmərləri sahəsinin “Masallı”, ”Tüklə”, “Xarxatan” və “Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Ağdaş rayonunun Dəhnə, Çüyə, Şəkili və Ərəbocağı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Masallı, Lənkəran və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi