Gürcüstanın energetika naziri: "Şahdəniz-2" layihəsi vaxtından əvvəl tamamlansa, Gürcüstan Rusiyadan qaz almayacaq"

Gürcüstanın energetika naziri: "Şahdəniz-2" layihəsi vaxtından əvvəl tamamlansa, Gürcüstan Rusiyadan qaz almayacaq" Kaxa Kaladze: "Əgər Gürcüstana 2018-ci ilədək əlavə qaz həcmi lazım olarsa, o zaman "Qazprom"a müraciət edəcək"
Energetika
4 Dekabr , 2015 17:00
Gürcüstanın energetika naziri: Şahdəniz-2 layihəsi vaxtından əvvəl tamamlansa, Gürcüstan Rusiyadan qaz almayacaq

Bakı. 4 dekabr. REPORT.AZ/ "Əgər Azərbaycan və Türkiyə "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunan qazın nəqli üçün boru kəmərinin tikintisini sürətləndirsə, Gürcüstan Rusiyadan qaz almayacaq". "Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

Nazir qeyd edib ki, əgər Gürcüstana 2018-ci ilə qədər əlavə qaz həcmi lazım olarsa, o zaman "Qazprom"a (Rusiya) müraciət edəcək.

"Əgər 2018-ci ildə əlavə həcmdə qaz ala biləcəyiksə, onda həmin il "Qazprom" şirkətindən əlavə qaz almağa ehtiyac qalmayacaq. Bununla belə, tranzit haqqı olaraq 10% həcmində qazı almağa davam edəcəyik. Amma əgər 2018-ci ilə qədər əlavə həcmə ehtiyacımız olarsa, biz qazı mütləq alacağıq", - K.Kaladze əlavə edib.

Son xəbərlər

Orphus sistemi