​Gürcüstanın energetika naziri parlamentdə hesabat verəcək

​Gürcüstanın energetika naziri parlamentdə hesabat verəcək Toplantı martın 9-da keçiriləcək
Energetika
8 Mart , 2016 15:48
​Gürcüstanın energetika naziri parlamentdə hesabat verəcək

Bakı. 8 mart. REPORT.AZ/ Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze martın 9-da ölkə parlamentində hesabatla çıxış edəcək. "Report" xəbər verir ki, bu haqda Gürücstan KİV-i məlumat yayıb.

Məlumata görə, onunla birlikdə parlamentdə müavinləri Mariam Valişvili və İlya Eloşvilinin də çıxışı nəzərdə tutulub.

Onlar parlamentin iki qurumu - iqtisadiyyat və iqtisadi siyasət, eləcə də xarici əlaqələr üzrə komitələrin iclasında çıxış edəcəklər. İclasda Gürcüstanın energetika sahəsindəki hazırkı vəziyyət, o cümlədən ölkənin təbii qazla təchizatı məsələləri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi