Gürcüstanda Bakı-Supsa kəmərindən neft oğurluğuna cəhd olub

Gürcüstanda Bakı-Supsa kəmərindən neft oğurluğuna cəhd olub Cəhdin qarşısı alınıb
Energetika
18 Mart , 2016 13:38
Gürcüstanda Bakı-Supsa kəmərindən neft oğurluğuna cəhd olub

Bakı. 18 mart. REPORT.AZ/ Gürcüstan polis əməkdaşları bu ölkənin şərqində, Msxeta-Mtianeti regionunda Tsilkani və Muxrani kəndlərində, Bakı-Supsa neft kəmərinin 82-ci km-də neft oğurlamaq üçün nəzərdə tutulmuş oyuq aşkarlayıb.

"Report" "Qruziya Online" saytına istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi oyuğun Bakı-Supsa əsas magistral kəmərindən əlavə boru ilə neft götürmək üçün qazıldığı qənaətindədir.

Həmin ərazidə generator, qaynaq aparatı, boru və digər avadanlıqlar da aşkarlanıb. Bu avadanlıqlar polis tərəfindən maddi sübut kimi götürülüb. Hadisə ilə bağlı saxlanılanlar yoxdur.

Qeyd edək ki, Bakı-Supsa kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Bu boru kəməri 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.


Son xəbərlər

Orphus sistemi