​"Günəşli" yatağının 7 saylı özülündə ilk quyu istismara verilib

​"Günəşli" yatağının 7 saylı özülündə ilk quyu istismara verilib Quyu sutkalıq 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
29 İyul , 2016 11:19
​Günəşli yatağının 7 saylı özülündə ilk quyu istismara verilib

Bakı. 29 iyul. REPORT.AZ/ “Günəşli” yatağında yenicə istismara verilmiş 7 saylı dərin dəniz özülündə 316 nömrəli ilk hasilat quyusu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qatın Fasilə lay dəstəsindən qazlift üsulu ilə mənimsənilərək, süzgəclər açılmaqla 2 753-2 716 metr intervaldan sutkalıq 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi