​“Günəşli” yatağındakı daha bir quyu yenidən istismara verilib

​“Günəşli” yatağındakı daha bir quyu yenidən istismara verilib Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir
Energetika
3 İyul , 2015 15:02
​“Günəşli” yatağındakı daha bir quyu yenidən istismara verilib

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 3 nömrəli dərin dəniz özülündən 122 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu məhsuldar qatın IX horizontundan qazlift üsulu ilə məhsul vermiş, 2 756-2 726 metr intervaldan gündəlik 48 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi