“Günəşli” yatağındakı daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

“Günəşli” yatağındakı daha bir quyu əsaslı təmirdən sonra istismara verilib Quyu sutkalıq 65 ton neft və 12 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
25 Aprel , 2016 17:45
“Günəşli” yatağındakı daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

Bakı. 25 aprel. REPORT.AZ/ “Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündə 410 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2 876 - 2 858 metr intervaldan sutkalıq 65 ton neft və 12 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi