​“Günəşli” yatağındakı daha bir quyu istismara verilib

​“Günəşli” yatağındakı daha bir quyu istismara verilib Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir
Energetika
21 İyun , 2016 17:20
​“Günəşli” yatağındakı daha bir quyu istismara verilib

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündə 350 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 3 110-3 068 metr intervaldan sutkalıq 90 ton neft və 10 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi