​“Günəşli” yatağındakı daha bir quyu təmirdən sonra istismara verilib

​“Günəşli” yatağındakı daha bir quyu təmirdən sonra istismara verilib Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilib
Energetika
29 Yanvar , 2015 18:27
​“Günəşli” yatağındakı daha bir quyu təmirdən sonra istismara verilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün “Günəşli” yatağındakı 14-cü dərin dəniz özülündən 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2 683-2 640 metr intervaldan gündəlik 50 ton neft və 40 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi