"Günəşli" yatağında yeni quyu istismara verilib

"Günəşli" yatağında yeni quyu istismara verilib Quyu sutkada 150 min kubmetr qaz və 80 ton neft hasilatı ilə istismara qəbul edilib
Energetika
4 Sentyabr , 2015 13:53
Günəşli yatağında yeni quyu istismara verilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağındakı 11-ci özüldən 345 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılıb.

Quyu qazlift üsulu ilə məhsul verib, 3 144-3 138 metr intervaldan sutkalıq 150 min kubmetr qaz və 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “28 May” adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

Son xəbərlər

Orphus sistemi