"Günəşli" yatağında üç dəniz özülündə əsaslı təmir aparılıb

"Günəşli" yatağında üç dəniz özülündə əsaslı təmir aparılıb Təmir istismar prosesini məhdudlaşdırmadan və özüllərdəki mövcud texnoloji avadanlıqlardan istifadə edilməklə həyata keçirilib
Energetika
13 Aprel , 2016 16:44
Günəşli yatağında üç dəniz özülündə əsaslı təmir aparılıb

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi tərəfindən “Günəşli” yatağındakı 4, 13 və 14 saylı dərin dəniz özüllərində əsaslı təmir işləri başa çatdırılıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir istismar prosesini məhdudlaşdırmadan və özüllərdəki mövcud texnoloji avadanlıqlardan istifadə edilməklə həyata keçirilib.

4 saylı dərin dəniz özülündə manifold blokları və texnoloji xətlər əsaslı təmir olunaraq istismara verilib, 7 ədəd manifold bloku yerinə quraşdırılmış və əlaqələndirilib. 

13 saylı dərin dəniz özülündə mərtəbələrin, yaşayış blokunun, helikopter meydançasının elektirik təchizatı yaxşılaşdırılıb. Təmir zamanı yeni güc kabelləri çəkilib, partlayışa davamlı lampalar quraşdırılıb.

14 saylı dərin dəniz özülündə isə yaşayış bloku əsaslı təmir olunaraq dəniz neftçilərinin istifadəsinə verilib. 3 mərtəbəli 72 yerlik yaşayış blokunda otaqlar müasir avadanlıqlarla təchiz edilib.

Son xəbərlər

Orphus sistemi