"Günəşli" yatağında itkin düşən neftçilərin ailə üzvləri axtarışda iştirak edəcəklər

"Günəşli" yatağında itkin düşən neftçilərin ailə üzvləri axtarışda iştirak edəcəklər Sabah itkin düşənlərin hərəsinin 1 nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq
Energetika
28 Dekabr , 2015 11:05
Günəşli yatağında itkin düşən neftçilərin ailə üzvləri axtarışda iştirak edəcəklər

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Dövlət Neft Şirkəti (SOCAR) dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların helikopterlər vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 29-da itkin düşənlərin hərəsinin bir nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.

Son xəbərlər

Orphus sistemi