“Günəşli” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

“Günəşli” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib Quyu gündəlik 105 ton neft və 35 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib
Energetika
4 Dekabr , 2015 15:54
“Günəşli” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

Bakı. 4 dekabr. REPORT.AZ/ “Günəşli” yatağındakı 8 nömrəli dərin dəniz özülündən 228 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2788-2780 metr intervaldan gündəlik 105 ton neft və 35 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi