Günəş elektrik stansiyası üzrə hərrac komissiyasının ilk iclası keçirilib

Günəş elektrik stansiyası üzrə hərrac komissiyasının ilk iclası keçirilib ​​​​​​​Qobustan Günəş Elektrik Stansiyası (QES) üzrə elan edilmiş hərracda iştirakçılarından daxil olmuş təkliflərə baxılma, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının hibrid formatd
Energetika
4 May , 2024 15:10
Günəş elektrik stansiyası üzrə hərrac komissiyasının ilk iclası keçirilib

Qobustan Günəş Elektrik Stansiyası (QES) üzrə elan edilmiş hərracda iştirakçılarından daxil olmuş təkliflərə baxılma, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının hibrid formatda ilk iclası keçirilib.

Bu barədə “Report”a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (BOEMDA) məlumat verilib.

Bildirilib ki, Agentliyin direktoru Cavid Abdullayev hərracın Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq istiqamətində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirildiyini qeyd edərək ölkəmizdə ilk bərpa olunan enerji hərracının iqlim və enerji ilə bağlı strateji hədəflərə nail olunması baxımından əhəmiyyətini qeyd edib.

EBRD, “Synergy” məsləhətçi şirkətin və üzv dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə baş tutan iclasda 100 MVt gücündə Qobustan GES üzrə ilk hərracla bağlı görülmüş işlər, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi (RFQ) sənədi, qanunvericilik məsələləri ilə bağlı çıxışlar dinlənilib.

İclasda gündəlikdə duran digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi