​Göyçay rayonunun Şıxəmir kəndinə qazın verilişi bərpa edilib

​Göyçay rayonunun Şıxəmir kəndinə qazın verilişi bərpa edilib 54 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə 6,1 km-dən artıq qaz xətləri çəkilib
Energetika
22 Sentyabr , 2015 15:58
​Göyçay rayonunun Şıxəmir kəndinə qazın verilişi bərpa edilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Göyçay rayonunun Şıxəmir kəndinə təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İB-nin təmsilçiləri iştirak ediblər.

"Report" xəbər verir ki, 54 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 6 133 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi