Göyçay rayonunun daha iki yaşayış məntəqəsinə qaz verilib

Göyçay rayonunun daha iki yaşayış məntəqəsinə qaz verilib Qaraxıdır və Alıkənd kəndlərinə yenidən təbii qaz verilib
Energetika
28 İyul , 2016 18:01
Göyçay rayonunun daha iki yaşayış məntəqəsinə qaz verilib

Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün Göyçay rayonun Qaraxıdır və Alıkənd kəndlərinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 337 abonenti olan Qaraxıdır kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 30 544 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 337 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

117 abonenti olan Alıkənd kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 12 438 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, bütün abonentlər sayğac və fərdi tənzimləyici ilə təmin edilib.

Son xəbərlər

Orphus sistemi