"Goldman Sachs" ​SOCAR-ın Türkiyədəki limanında pay alıb

"Goldman Sachs" ​SOCAR-ın Türkiyədəki limanında pay alıb "Petlim Limancılık Ticarət"də 30%-lik hissəyə görə "Goldman Sachs" 250 mln. dollar ödəyib
Energetika
24 Dekabr , 2014 15:01
Goldman Sachs ​SOCAR-ın Türkiyədəki limanında pay alıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Dünyanın tanınmış investisiya banklarından biri olan "Goldman Sachs International", "Petkim Petrokimya Holding"in törəmə şirkəti olan "Petlim Limancılık Ticarət"in 30%-lik hissəsini 250 mln. ABŞ dollarına satın alıb. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun ortalarında başlayan satış prosesi bu günlərdə yekunlaşıb.

"Bununla da hissələrin "Goldman Sachs"a təhvili gerçəkləşib və müvafiq məbləğ ödənilib. Maliyyə dünyasının nüfuzlu nümayəndələri bu sövdələşmənin SOCAR üçün uğurlu olduğunu qeyd edirlər", - şirkətin məlumatında bildirilir.

“Petlim” limanı SOCAR-ın Əliağada Neftayırma-Neft kimyası Enerji-Logistika inteqrasiyasına dair mövcud strategiyasının ən önəmli ünsürlərindən birini təşkil edir. “Petlim” bütün Egey bölgəsinin və Türkiyənin ən önəmli konteyner limanlarından biri olacaq. “Petlim” limanının inşası hazırda plana uyğun olaraq davam etdirilir. Həcmi 1,5 mln. TEU olacaq liman 2015-ci ilin ikinci yarısında istismara veriləcək. Limanın istismarını bu sahədə dünyanın ən böyük şirkətlərindən biri olan "MAERSK" Qrupuna aid APMT şirkəti gerçəkləşdirəcək.

Son xəbərlər

Orphus sistemi