​"Goldman Sachs" neftin uzun müddət bahalaşmayacağını proqnozlaşdırır

​"Goldman Sachs" neftin uzun müddət bahalaşmayacağını proqnozlaşdırır ABŞ-ın məşhur investisiya bankının iqtisadçıları uzunmüddətli perspektiv üçün qiymət proqnozunu azaldıb
Energetika
19 May , 2015 15:29
​Goldman Sachs neftin uzun müddət bahalaşmayacağını proqnozlaşdırır

Bakı. 19 may. REPORT.AZ/ ABŞ-ın məşhur "Goldman Sachs" investisiya bankının iqtisadçıları uzunmüddətli perspektivdə neft qiymətləri üçün proqnozunu aşağı salıblar.

"Report" xəbər verir ki, bankın analitikləri 2020-ci ildə "Brent" markalı neftin 1 barelinin 55 dollara satılacağını ehtimal edirlər. Neft hasil edən şirkətlərin məhsuldarlığı və iş effektivliyini artırmaları uzun müddətdə neftin qiymətinin aşağı səviyyədə qalmasının əsas səbəbi kimi göstərilir. İnvestisiya bankının iqtisadçıları hesab edirlər ki, neftin qiyməti hətta 50 dollar/barelə enərsə, ABŞ-da şist neft hasil edən şirkətlər mənfəət əldə edəcək.

"Goldman Sachs" bankı "Brent" markalı neft üçün proqnozunu 2016-2018-ci illər üçün 65 dollar/barel olaraq açıqlayıb.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayı üçün fyuçers neft kontraktları 68,9 dollar/barel qiyməti ilə bağlanır.

Son xəbərlər

Orphus sistemi