​"Goldman Sachs": Bazarda neftin təklifi artacaq, qiymət isə 20 dollar/barelə düşəcək

​"Goldman Sachs": Bazarda neftin təklifi artacaq, qiymət isə 20 dollar/barelə düşəcək Bankın analitikləri neft bazarının proqnozlaşdırılandan daha artıq təkliflə üzləşdiyini qeyd edirlər
Energetika
11 Sentyabr , 2015 15:34
​Goldman Sachs: Bazarda neftin təklifi artacaq, qiymət isə 20 dollar/barelə düşəcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ ABŞ-ın "Goldman Sachs" investisiya bankı dünya neft təklifindəki artımın 2016-cı ildə də davam edəcəyini proqnozlaşdırır və qiymətlərin 20 dollar/barelə qədər azalacağını istisna etmir.

"Report" xəbər verir ki, buna səbəb kimi OPEC ölkələrində neft hasilatının artması göstərilir. Bankın analitikləri neft bazarının proqnozlaşdırılandan daha artıq neft təklifi ilə üzləşdiyini qeyd ediblər.

Xatırladaq ki, bank bu ilin may ayında 2016-cı il üçün Texas markalı (WTI) neftin qiymətinin proqnozunu 57 dollar/barel, "Brent" üçün isə 62 dollar/barel səviyyəsində göstərib. Bugünkü proqnozunu isə bank WTI üzrə 45 dollar/barel, "Brent" markalı neft üçün isə 49,5 dollar/barelə salıb.

Son xəbərlər

Orphus sistemi