Gimnaziya şagirdlərinin SOCAR-ın Ekoparkına ekskursiyası təşkil olunub

Gimnaziya şagirdlərinin SOCAR-ın Ekoparkına ekskursiyası təşkil olunub Gəzinti zamanı məktəblilərə parkın yaradılması, istehsalat sahələri və infrastrukturu barədə məlumat verilib
Energetika
3 May , 2016 17:11
Gimnaziya şagirdlərinin SOCAR-ın Ekoparkına ekskursiyası təşkil olunub

Bakı. 3 may. REPORT.AZ/ Ekologiya İdarəsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Ekoloji təbliğat və maarifləndirməyə dair 2016-2017-ci illər üzrə Tədbirlər Planı”na və 2016-cı il üçün illik İş proqramına uyğun olaraq ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi məqsədilə çoxsaylı təbliğat tədbirləri həyata keçirir. Bu gün 160 saylı Klassik Gimnaziya şagirdlərinin Qala qəsəbəsində yerləşən Ekoloji Parka ekskursiyası təşkil olunub.

"Report" SOCAR-a istinadən xəbər verir ki, məktəblilər “Ekomərkəz”də təhlükəsizlik təlimatı ilə tanış olduqdan sonra onlara “SOCAR-ın ekoloji layihələri” mövzusunda təqdimat materialı nümayiş etdirilib.

Təqdimatda şirkətin həyata keçirdiyi ekoloji layihələr, Ekologiya İdarəsinin fəaliyyət istiqamətləri və istehsalat sahələri haqqında məlumat verilib. Gəzinti zamanı məktəblilərə Ekoparkın yaradılması, parkın istehsalat sahələri və infrastrukturu barədə məlumat verilib, burada quraşdırılmış külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər müasir texnologiyalar nümayiş etdirilib. 

"Parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında məlumat məktəblilərdə böyük marağa səbəb olub", - deyə məlumatda qeyd olunub.



Son xəbərlər

Orphus sistemi