Akim Bədəlov: "Gələn ilin əvvəlinə qədər alternativ enerjinin tarifləri təsdiq oluna bilər"

Akim Bədəlov: "Gələn ilin əvvəlinə qədər alternativ enerjinin tarifləri təsdiq oluna bilər" Dövlət Agentliyinin sədri: "Bir neçə günə 50 meqavatlıq stansiya istifadəyə veriləcək"
Energetika
20 Oktyabr , 2015 14:58
Akim Bədəlov: Gələn ilin əvvəlinə qədər alternativ enerjinin tarifləri təsdiq oluna bilər

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Gələn ilin əvvəlinə qədər alternativ enerjinin tarifləri təsdiq oluna bilər". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.

O bildirib ki, artıq tariflərlə bağlı aidiyyəti qurumlara təkliflər veriblər: "Bir neçə günə 50 meqavatlıq stansiya istifadəyə veriləcək".

A.Bədəlovun sözlərinə görə, ayrı-ayrı regionlar üzrə tariflər müxtəlif ola bilər: "Loqistik problemlər olan dağ regionlarında enerji tarifləri digər regionlara nisbətən baha olur".

Son xəbərlər

Orphus sistemi