Gələn ilin neft qiymətlərinə dair proqnoz açıqlandı

Gələn ilin neft qiymətlərinə dair proqnoz açıqlandı 2021-ci ildə “Brent” markalı neftin qiymətləri 40-45 ABŞ dollar ətrafında dəyişəcək.
Energetika
8 Dekabr , 2020 18:28
Gələn ilin neft qiymətlərinə dair proqnoz açıqlandı

2021-ci ildə “Brent” markalı neftin qiymətləri 40-45 ABŞ dollar ətrafında dəyişəcək.

“Report” xəbər verir ki, “Moody’s” beynəlxalq reytinq agentliyinin növbəti hesabatına görə, orta perspektivdə qiymətlər 45-65 ABŞ dolları arasında, daha çox bunun aşağı həddinə yaxın olacaq.

Belədə istehsalçılar yaxın 3-5 il ərzində əsasən ucuz yataqların istismarına yönələcəklər. Belə ki, yüksək məsrəfli yataqların istismarı neftin 50-55 ABŞ dollarına satıldığı halda əlverişli hesab olunur.

Hazırda dünyada neft və neft məhsulları ehtiyatlarının həcmi böyükdür və azalması ləng gedir. Son vaxtlar qiymət artımı ABŞ-ın şist yataqlarında qazma işlərinin fəallaşmasına gətirib çıxarsa da, ölkədə hasilatın artımı üçün WTI markalı neftin 55 ABŞ dollarından artıq bahalaşması zəruridir.

Son xəbərlər

Orphus sistemi