​Gələn il ABŞ-da neft hasilatı artacaq

​Gələn il ABŞ-da neft hasilatı artacaq 2017-ci ilin sonunda Brent markalı neftin bir barelinin qiyməti 60 dollar ola bilər
Energetika
29 İyun , 2016 07:20
​Gələn il ABŞ-da neft hasilatı artacaq

Bakı. 29 iyun. REPORT.AZ/ Növbəti ilin başlanğıcından ABŞ-da neftin hasilatının artımı başlayacaq. "Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarıın Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin rəhbəri Adam Seminski "Sputnik" agentliyinə bildirib.

"Hal-hazırda qiymətlərin aşağı olmasının təsirilə əlaqədar ABŞ-da neftçıxarma aşağı düşür. Amma bu, 2007-ci ilin birinci yarısından dəyişməyə başlamalıdır" – deyə Seminski bildirib.

O, daha əvvəl bildirib ki, 2017-ci ilin sonunda Brent markalı neftin bir barelinin qiyməti  60 dollar ola bilər.

"Ona görə də, biz hesab edirik ki, qiymətləri sabitləşməyə başlayacaq. Onda, qazma qurğularının da sayı yüksələcək, həm də neft hasilatı sabitləşəcək və artacaq", - deyə Seminski qeyd edib.

Son xəbərlər

Orphus sistemi