Bakı. 2 oktyabr. REPORT.AZ/ "Şimal Axını-2" layihəsi dərhal icra edilməlidir. Bu istiqamətdə hökümətdən real dəstək gözləyirik. “Report”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Gazprom”un rəhbəri Aleksey Miller baş nazir Dmitriy Medvedevlə görüş zamanı deyib.
Onun sözlərinə görə, "Şimal Axını-2" layihəsinin reallaşması üçün xüsusi plan hazırlanmalıdır.
“Artıq avropalı tərəfdaşlarla razılıq əldə etmişik. Boru xəttinin Rusiya hissəsi 2019-cu ilin sonunadək işə salınmalıdır”, - deyən Miller hökümət başçısından kömək gözlədiklərini vurğulayıb.
Miller qaz xəttinin 1,2 min km uzunluğunda olacağını, Sankt-Peterburq yaxınlığında Ust-Luqa limanından başlayaraq "Şimal axını" xəttinin Almaniya ərazisində birinci və ikinci giriş nöqtələrinə qədər uzanacağını deyib.