"Gazprom" Avropa bazarlarında fəaliyyətini məhdudlaşdırır

"Gazprom" Avropa bazarlarında fəaliyyətini məhdudlaşdırır Rusiya şirkəti Almaniyanın VNG şirkətindəki səhmlərini satışa çıxarıb
Energetika
7 Aprel , 2015 05:48
Gazprom Avropa bazarlarında fəaliyyətini məhdudlaşdırır

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiyanın "Gazprom" şirkəti Almaniyanın ən iri gazpaylaşdırıcı şəbəkəsinə sahib olan Verbundnetz Gas (VNG) şirkətindəki səhmlərini satışa çıxarıb.

"Report"un RBK agentliyinə istinadən verdiyi xəbərə görə, "Gazprom" nümayəndələri bildiriblər ki, VNG-nin 10.52 faizlik hissəsini satmaq istəyir.

Məsələyə aydınlıq gətirən "Gazprom"-daki mənbə deyib: "Strateji partnyor hesab etdiyimiz Wintershall Holding VNG-dəki payını satıb. Halbuki məhz bu holdinqlə sıx əməkdaşlıq edərək VNG-nin idaretməsində söz sahibi idik. Hazırda isə VNG-nin fəaliyyətinə real təsir imkanlarımız yoxdur. Bu səbəbdən dı səhmləri satmaq qərarına gəldik".

Son xəbərlər

Orphus sistemi