​"Fitch" agentliyi BP-nin reytinqini zəiflədib

​"Fitch" agentliyi BP-nin reytinqini zəiflədib BP-nin uzunmüddətli kredit reytinqi üzrə proqnoz "stabil"dən "neqativ"ə salınıb
Energetika
23 İyun , 2015 18:26
​Fitch agentliyi BP-nin reytinqini zəiflədib

Bakı. 23 iyun. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi dünya bazarında neftin ucuzlaşması fonunda, habelə 2010-cu ildə Meksika körfəzində baş verən faciədən sonra nağd vəsait problemi ilə üzləşən BP şirkətinin uzunmüddətli kredit reytinqi üzrə proqnozunu "stabil"dən "neqativ"ə endirib.

"Report" xəbər verir ki, "Fitch" 2014-2015-ci illərdə neftin 60%-dək ucuzlaşması səbəbindən BP-nin bu il 24-26 mlrd. dollar həcmində proqnozlaşdırılan investisiya xərclərini 20 mlrd. dollara qədər azaltdığı müəyyənləşib. BP-nin bu il nağd vəsait axınının əhəmiyyətli şəkildə azalacağı ehtimal olunur.

Meksika körfəzində 2010-cu ildə baş verən faciəyə görə 13,7 mlrd. dollar təzminat ödəyən BP-nin nağd aktivlərinin hələ də lazımi səviyyədə olduğunu vurğulayan "Fitch" şirkətə bu səbəbdən "A" reytinqi verdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi