"Financial Times": "Qazprom" strategiyasını dəyişməlidir

"Financial Times": "Qazprom" strategiyasını dəyişməlidir "Qazprom"un borcu yaxın 3-4 ilə iki dəfə artacaq
Energetika
23 May , 2016 13:33
Financial Times: Qazprom strategiyasını dəyişməlidir

Bakı. 23 may. REPORT.AZ/ Rusiyanın "Qazprom" dövlət şirkəti yaxın illərdə strategiyasını dəyişməyə məcbur olacaq. "Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, şirkətin maliyyə göstəriciləri qaz qiymətlərinin düşməsi fonunda günbəgün pisləşir. Belə ki, "Qazprom"un bazarda kapitallaşma dəyəri 2009-cu ildəki maksimal hədlə müqayisədə dollar ekvivalentində 86% azalıb. Qəzetin analitikləri hesab edirlər ki, yaxın gələcəkdə qaz qiymətlərinin uzun müddət aşağı səviyyədə qalması ehtimalları səbəbindən şirkətin vəziyyətinin yaxşılaşması gözlənilmir. Bundan başqa, Çində enerji daşıyıcılarına tələbatın azalması tendensiyası davam edir ki, bu da Çin bazarı hesabına vəziyyətin sabitləşəcəyi ilə bağlı ümidləri azaldır. Nəticədə, ekspertlərin fikrincə, son 10 ildə ilk dəfə "Qazprom" şirkəti bu ilin yekununda mənfi nağd pul axını ilə qarşılaşacağını açıqlayacaq. Belə ki, şirkətin 2016-cı ilin yekununda əməliyyat gəlirlərinin xərclərini örtməyəcəyi proqnozlaşdırılır. Ehtimallara görə, yaxın 3-4 ildə şirkətin xalis borcu keçən ilin sonuna olan 29 mlrd. dolları 2 dəfə üstələyəcək.

Analitiklərin fikrincə, "Qazprom" rəhbərliyi yaxın zamanda strategiyasına yenidən baxmalı olacaq. Şirkət iki seçim qarşısındadır: ya Çin və Avropaya çəkilən qaz kəmərləri də daxil olmaqla öz investisiyalarının həcmini azaltmalı, ya da böyük həcmdə borc almalıdır. Bildirək ki, bir qədər əvvəl "Moody's" beynəlxalq reytinq agentlıiyi "Qazprom"un kredit reytinqini azalda biləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi