​Fevralda Ceyhan limanından Azərbaycan neftinin nəqli 4% artıb

​Fevralda Ceyhan limanından Azərbaycan neftinin nəqli 4% artıb Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş Azərbaycan neftinin həcmi 4,824 mln. ton təşkil edib
Energetika
6 Mart , 2015 13:09
​Fevralda Ceyhan limanından Azərbaycan neftinin nəqli 4% artıb

Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin fevral ayında 2 345,024 min ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb. "Report"un Azərbaycan Republikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 92,124 min ton yaxud 4,09% çoxdur.

Xatırladaq ki, bu həcmin 1 630,35 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12,058 min ton yaxud 0,73% azdır.

Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 4 824,320 min ton təşkil edib.

Ümumiyyətlə, BTC kəməri istismara verilən gündən 2015-ci il martın 1-dək Ceyhan limanından 266 763,4 min ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Son xəbərlər

Orphus sistemi