​Etilen-Polietilen Zavodunda tibbi aksiya keçirilib

​Etilen-Polietilen Zavodunda tibbi aksiya keçirilib QİÇS-lə Mübarizə Mərkəzinin tibbi briqadası tərəfindən ekspress-test keçirilib
Energetika
26 Avqust , 2015 12:37
​Etilen-Polietilen Zavodunda tibbi aksiya keçirilib

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azərikimya” İstehsalat Biriliyinin Etilen-Polietilen Zavodunda Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən bu xəstəliyin ölkədə yayılmasının qarşısının alınması, yoluxma hallarının aşkarlanması, kimyaçıların sağlam və təhlükəsiz həyat tərzi barədə maarifləndirilməsi məqsədilə könüllü müayinə və məsləhət xarakterli aksiya keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən kimyaçılara “İİV və QİÇS nədir və bu xəstəliklərə necə yoluxmaq olur?”, “İİV və QİÇS-dən qorunmanın yolları” haqqında ətraflı məlumat verilib.

Məlumata görə, bu xəstəlik zamanı İİV virusu insanın müxtəlif infeksiyalara müqavimətini təmin edən immun sistemini mərhələlərlə zədələyərək tamamilə sıradan çıxarır və nəticədə Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) əmələ gəlir. QİÇS-in inkişaf etməsi insanda müxtəlif infeksiyaların və ya onkoloji xəstəliklərin yaranması ilə özünü büruzə verir. Bütün dünyada İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxanların 50%-nin 15-25 yaş arası gənclərin təşkil etməsi faktı vurğulanıb. Maarifləndiricı tədbirdən sonra Zavodun 150 nəfərə yaxın işçisi könüllülük prinsipi əsasında anonim qaydada və pulsuz QİÇS-lə Mübarizə Mərkəzinin tibbi briqadası tərəfindən ekspress-testdən keçirilib.

Son xəbərlər

Orphus sistemi