​Enerji təchizatı marşrutlarının diversifikasiyası və enerji təhlükəsizliyi üzrə nazirlər görüş keçirəcək

​Enerji təchizatı marşrutlarının diversifikasiyası və enerji təhlükəsizliyi üzrə nazirlər görüş keçirəcək Bir sıra rəsmi şəxslərin iştirakı nəzərdə tutulub
Energetika
8 Sentyabr , 2014 10:46
​Enerji təchizatı marşrutlarının diversifikasiyası və enerji təhlükəsizliyi üzrə nazirlər görüş keçirəcək

Bakı. 8 sentyabr. REPORT.AZ / “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində enerji təchizatı marşrutlarının diversifikasiyası və enerji təhlükəsizliyi” mövzusunda tədbir keçiriləcək.

Energetika Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanın Energetika naziri Natiq Əliyev, Gürcüstanın Energetika naziri Kaxa Kaladze, Ukraynanın Energetika və kömür sənayesi naziri Yuriy Prodan, Moldova Respublikasının İqtisadiyyat naziri Adrian Kandu, Belarusun Energetika nazirinin müavini Vadim Zakreviski, Avropa Komissiyasının vitse-prezidenti Günter Ottinger və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub. Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin bundan əvvəlki qeyri-rəsmi Dialoq Görüşləri 5 iyun 2012-ci ildə Moldovanın paytaxtı Kişinyov şəhərində, 12-13 fevral 2013-cü il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilib.

Son xəbərlər

Orphus sistemi