Bakı. 9 aprel. REPORT.AZ/ Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 8-9-da İstanbulda XVIII Avrasiya İqtisadi Zirvə toplantısı keçirilib.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki,
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan özünün təbii mineral ehtiyatlarından səmərəli istifadə etməklə həm respublikamızın, həm də region ölkələrinin inkişafına, xalqların rifah halının yüksəlməsinə öz mühüm töhfələrini verir. Bu mənada regional müstəvidə təşkil olunan bu cür sammit və konfranslarda, digər beynəlxalq tədbirlərdə xarici mütəxəssislərlə bizim rəsmilərin fikir və mülahizələrini bölüşməsinə, təcrübə mübadiləsinə xüsusi önəm veririk. İstanbulda keçirilən növbəti Avrasiya İqtisadi Zirvəsində müzakirə olunan məsələlər də Azərbaycanın həm milli inkişaf strategiyasını, həm də regional maraqlarını özündə əks etdirir. Zirvə toplantısında aparılan müzakirələrdə, o cümlədən keçirilən ikitərəfli görüşlərdə biz Azərbaycanın mövqelərini çatdırmaqla yanaşı, birgə fəaliyyətin bəzi üstün tərəflərini də gündəmə gətirdik. Eyni zamanda, biz Azərbaycan torpaqlarının bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi faktını və xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ağır nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırdıq. Ümumiyyətlə, Zirvə toplantısında biz Azərbaycanın bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlərinin əsas istiqamətlərini təmsil olunan bütün nümayəndə heyətlərinə çatdırdıq və onlarla səmərəli müzakirələr apardıq".