​Ə.Əmirov adına NQÇİ-də 46 geoloji tədbir həyata keçirilib

​Ə.Əmirov adına NQÇİ-də 46 geoloji tədbir həyata keçirilib Bunun nəticəsində əlavə olaraq 2,4 min ton neft alınıb
Energetika
29 İyun , 2015 17:37
​Ə.Əmirov adına NQÇİ-də 46 geoloji tədbir həyata keçirilib

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Əli Əmirov adına neft-qazçıxarma idarəsində ilin əvvəlindən aparılmış 46 geoloji tədbir nəticəsində əlavə olaraq 2 443 ton neft, 405 min kubmetr qaz, 86 texniki tədbirdən isə 725 ton əlavə neft alınıb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Quyuların yeraltı və əsaslı təmiri briqadalarının işini sürətləndirmək məqsədi ilə 10 ədəd uzun müddət işləyəbilən səyyar qaldırıcı yenisi ilə əvəz olunub, 10 quyu isə səyyar qaldırıcılar ilə işləmək üçün hazırlanıb. Neft və qazçıxarma sahələrində hava elektrik ötürücü xətləri yeraltı kabel xətləri ilə əvəz olunub. Böyük həcmdə sosialyönümlü işlər görülmüş, təmizlik-abadlıq işləri aparılmış, yollar abadlaşdırılıb.

Yaşıllıqların genişləndirilməsi istiqamətində 1 250 ədəd zeytun ağacı əkilib, 0,4 hektar ərazi hamarlanaraq yaşıllaşdırma üçün hazır vəziyyətə gətirilib ki, gələcəkdə burada 1 000 ədəd ağacın əkilməsi nəzərdə tutulur. Yaşıllıqların qorunması üçün suvarma sistemi genişləndirilib və su xətti çəkilib.

Hazırda NQÇİ-nin inzibati binasının qarşısında “Şəhidlər abidəsi”nin quraşdırılması işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi