Əlcəzair sammitində neft hasilatının 1 il müddətinə dondurulması gözlənilir

Əlcəzair sammitində neft hasilatının 1 il müddətinə dondurulması gözlənilir Qərarın neft bazarına 6 aydan sonra təsir edəcəyi ehtimal edilir
Energetika
21 Sentyabr , 2016 13:15
Əlcəzair sammitində neft hasilatının 1 il müddətinə dondurulması gözlənilir

Bakı. 21 sentyabr. REPORT.AZ/ Neft istehsalçısı olan ölkələrin (OPEC-ə daxil olan və olmayan) sentyabrın 28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq energetika forumu çərçivəsində qeyri-rəsmi görüşü zamanı hasilatın dondurulması məsələsinin müzakirə ediləcəyi gözlənilir. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, görüşdə neft hasilatının yaxın 1 il müddətində dondurulacağı ilə bağlı fikirlər səslənilir. 

Bununla bağlı açıqlamanı OPEC-in baş katibi Məhəmməd Barkindo verib. 

Əlcəzairin energetika naziri Nurəddin Buterfa isə hasilatın 1 il müddətinə dondurulması ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə, neft bazarının minimum 6 ay ərzində tarazlaşacağını , yəni tələblə təklifin həcmi arasındakı fərqin azalacağını bildirib.

Hasilatın dondurulması ilə bağlı müzakirələrdən sonra OPEC-in növbədənkənar iclası çağırıla bilər. Dondurulma qərarı isə OPEC-in noyabrın 30-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək iclasında qəbul edilə bilər.

Analitiklər isə öz növbəsində Əlcəzair sammitində müzakirələrin bitməyəcəyini düşünürlər. Onlar, anlaşmaya mane olan bir sıra amillərin olduğunu xatırladıblar. Belə ki, İran və Səudiyyə Ərəbistanı arasında anlaşılmazlıqlar var, Liviya, Nigeriya və Venesuela isə bu və ya digər səbəblərdən hasilatı azaldıblar və bu səbəbdən hasilatı dondurmaq qərarını dəstəkləmirlər. 

Bundan başqa, analitiklər hasilatın dondurulması qərarının öhdəlik xarakteri daşımadığını qeyd ediblər. Belə ki, OPEC-in kvota limiti davamli pozulub və gələcəkdə də hasilatın dondurulması qərarına riayət ediləcəyi şübhə doğurur. Rekord səviyyədə neft edən Səudiyyə Ərəbistanı və Rusiya bazar paylarını əldən vermək istəmədiyi üçün onların hasilat kvotasını poza biləcəkləri ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi