Ekspertlər: Qiymətin ​50 dollar/barelə çatması neft sənayesini canlandıracaq

Ekspertlər: Qiymətin ​50 dollar/barelə çatması neft sənayesini canlandıracaq 2017-ci ildə neft hasilatının artırılmasına ehtiyac yarana bilər
Energetika
27 Aprel , 2016 16:00
Ekspertlər: Qiymətin ​50 dollar/barelə çatması neft sənayesini canlandıracaq

Bakı. 27 aprel. REPORT.AZ/ BP, "Nabors İndustries" və "Pioneer Natural Resources" neft şirkətlərinin ekspertləri hesab edirlər ki, dünya bazarında neftin qiyməti 50 dollar/barel həddini keçərsə, yeni neft quyularının qazılması prosesi və bu sahəyə vəsait axını sürətlənəcək. Hazırkı 45 dollar/barel səviyyəsi xərclərini əhəmiyyətli şəkildə azaldan neft sənayesi üçün artıq rəqabətqabiliyyətli olub. 

"Report" xəbər verir ki, "Wood Mackenzie" konsaltinq şirkətinin araşdırmalarına görə, neftin orta qiymətinin 53 dollar/barel səviyyəsinə yüksəlməsi dünya üzrə fond birjalarında səhmləri dövr edən 50 ən nəhəng şirkətin nağd vəsaitlərlə probleminin həll olunmasına gətirib çıxaracaq. Dünyanın ən böyük sahil qazma quyularına sahib olan "Nabors İndustries"ə görə, şirkət neft qiymətlərinin 50 dollar/barelin üzərində dayanıqlı formalaşması durumunda ilin ikinci yarısında bir sıra müştərilərlə fəaliyyətini genişləndirmək üçün danışıqlar apardığını bildirib.

"Continental Resources" neft şirkətinə görə, 37 dollar/barel baza dəyərinin üzərində artan hər 5 dollar şirkətin gəlirlərini 200 mln. dollar artırır. Bunu şirkətin baş əməliyyat işçisi Jak Stark bildirib: "Neft qiymətləri 52 dollara yüksəldikdə biz yeni quyuların işlənməsi barədə düşünə bilərik".

BP şirkəti isə 2017-ci ildə neftin 50-55 dollar/barel səviyyəsinə çatacağı təqdirdə, dividendlərin ödənilməsi ilə kapital xərclərini balanslaşdırmaq niyyətindədir. Əvvəl isə maliyyə tarazlığına 60 dollar/barel qiymətində nail olunacağı bildirilirdi. 

"Pioneer Natural Resources" neft qiymətlərinin 50 dollar/barelə çatacağı təqdirdə, bazarda tələbin yüksək olmasını diqqətə alaraq, 10 yeni üfüqi quyu qazmağı planlaşdırdığını bildirib.

Neft qiymətlərinin sabitliyindən ehtiyat edən "Nabors İndustries" bir qədər təmkinli olmağa çalışır. Şirkət fəaliyyətini III və ya IV rübdə genişləndirməyi düşünür. "Continental Resources" isə neft qiymətlərinin ilin sonuna doğru tarazlığa çatacağını, 2017-ci ilin əvvəlində isə yeni neft hasilatına ehtiyacın yarana biləcəyini bildirir.

Son xəbərlər

Orphus sistemi