Ekspertlər: "Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar dəniz qazma qurğularının sayını azaltmaq lazımdır"

Ekspertlər: "Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar dəniz qazma qurğularının sayını azaltmaq lazımdır" Dəniz qazma qurğularının sayının ümumi tələbatdan 30% çox olduğu ehtimal edilir
Energetika
22 Dekabr , 2015 17:27
Ekspertlər: Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar dəniz qazma qurğularının sayını azaltmaq lazımdır

Bakı. 22 dekabr. REPORT.AZ/ Neftin qiymətinin aşağı düşməsi dəniz geoloji-kəşfiyyat işlərinə təsir etdiyindən, dəniz qazma qurğularının sayını ən azı 100 ədəd azaltmaq lazımdır.

"Report" "Neft Rossii"yə istinadən xəbər verir ki, bu barədə fikri "Icarus Consultants" konsaltinq şirkətinin analitikləri söyləyib.

Bu il dəniz qazma qurğularının sayı 44 ədəd azaldılıb. Amma yenə də ümumi sayın tələbatdan 30% çox olduğu ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi