SOCAR dəniz yataqlarında ekoloji monitorinqi davam etdirir

SOCAR dəniz yataqlarında ekoloji monitorinqi davam etdirir Alınan nəticələrə uyğun olaraq yataq üzrə hesabat hazırlanacaq
Energetika
2 İyun , 2015 18:50
SOCAR dəniz yataqlarında ekoloji monitorinqi davam etdirir

Bakı. 2 iyun. REPORT.AZ/ SOCAR-ın Ekologiya İdarəsinin 2015-ci il üzrə iş planına uyğun olaraq Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən “Azneft” İB-nin tabeliyindəki neft-qaz yataqlarında aprel ayından başlanan mövsümi ekoloji monitorinq işləri davam etdirilir.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, növbəti monitorinq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "M.Süleymanov" mühəndis-geoloji gəmisindən istifadə etməklə “28 May” NQÇİ-nin “Günəşli” yatağında keçirilib.

Monitorinqlər zamanı yataq ərazilərində vizual müşahidələr aparılıb, analitik təhlillər üçün seçilmiş stansiyalardan, dəniz dibindən qrunt, bentos nümunələri, su, fito və zooplankton nümunələri götürülərək analiz olunması üçün Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib. Tədqiqatlar zamanı portativ cihazların köməyi ilə su nümunələrinin ilkin fiziki-kimyəvi parametrləri müəyyənləşdirilib, müvafiq qeydlər aparılıb. Alınan nəticələrə uyğun olaraq yataq üzrə hesabat hazırlanacaq.

Son xəbərlər

Orphus sistemi