​Dünya neft bazarında qiymətlər nisbi sabitdir

​Dünya neft bazarında qiymətlər nisbi sabitdir "Brent" markalı neftin qiyməti 0,09 dollar enib
Energetika
12 İyun , 2015 08:16
​Dünya neft bazarında qiymətlər nisbi sabitdir

Bakı. 12 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,03 dollar və ya 0,05% bahalaşaraq 60,79 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində isə mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,14% yaxud 0,09 dollar geriləyərək 65,11 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 70 dollar/barel olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi